SON DƏQİQƏ

Türk lirəsi bahalaşmaqda davam edir

Tarix:

18-10-2018, 20:42

/ 10 257 dəfə oxundu.
Türk lirəsi bahalaşmaqda davam edir

Türkiyədə milli valyutanın bahalaşması tendensiyası davam edir.

GunAz.az report-a istinadən xəbər verir ki, hazırda qonşu ölkədə ABŞ dollarının məzənnəsi 5,53-5,54 lirə civarında dəyişir.

Bu isə ötən günün yekunu ilə müqayisədə 5-6 lirə azdır.

Türkiyədə avro da ucuzlaşmaqdadır. Hazırda Avropa valyutasının məzənnəsi 6,39-6,4 lirə civarında dəyişir. Bu isə ötən günün yekununa nisbətən 4-5 lirə azdır.

Türkiyədə xarici valyutalar bu qiymətə sonuncu dəfə bu il avqustun əvvəllərində dəyişdirilib.

Xatırladaq ki, türk lirəsinin bahalaşması ABŞ-dan olan rahib Andru Brunsonun məhkəmə zalından azadlığa buraxılmasından sonra başlayıb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ