SON DƏQİQƏ

Ermənistan sərhədində növbəti insident

Tarix:

17-10-2018, 14:14

/ 10 367 dəfə oxundu.
Ermənistan sərhədində növbəti insident

Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhədini qanunsuz keçməyə cəhd göstərən naməlum dəstə üzvlərini saxlayıb.

GunAz.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Ermənistanda yerləşən Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, hadisə oktyabrın 15-dən 16-na keçən gecə baş verib. Araz çayı vasitəsilə sərhədi keçməyə cəhd göstərən şəxslərin Cənubi Asiyadan olan miqrantlar olduğu bildirilib.

Saxlanılan şəxslər Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verilib.

Qeyd edək ki, bu, son 3 gündə Türkiyə-Ermənistan sərhədində 3-cü insidentdir.

скачать dle 12.1

Şərhlər