Castin Biber eks sevgilisinə görə elə bir şey etdi ki...

Keçmiş sevgilisi Selena Qomezin xəstəxanaya yerləşdirildiyini eşidən Castin Biber göz yaşlarına hakim ola bilməyib.

GunAz.az publika.az -a istinadən xəbər verir ki, 24 yaşlı müğənni gözlənilmədən 21 yaşlı model Heyli Bolduinlə rəsmi nikaha daxil olsa da, görünür eks-sevgilisinə qarşı hissləri hələ də qalıb. Şahidlərin sözlərinə görə, Selena Qomezin səhhətinin və psixoloji vəziyyətinin yaxşı olmadığını öyrənən C.Biberi öz maşınında ağlayan görüblər.

“Castin Selena üçün həmişə narahat olacaq. Onun üçün müğənninin səhhətində problemlər olduğunu eşitmək ağırdır. Onlar hər ikisi uzun illər ərzində öz xəstəlikləriylə mübarizə aparıb, Castin həmişə Selenanın qayğısına qalırdı. Castin istəyir ki, o, xoşbəxt və sağlam olsun”, - deyə mənbə bildirib.

Şahidlər onu da əlavə edib ki, müğənni ilə birlikdə maşında xanımı Heyli də olub və o, hönkür-hönkür ağlayan ərinə bir qədər təəccüblə baxıb.

Selenanın yaxını isə bildirib ki, vəziyyəti artıq yaxşılaşmağa doğru gedir. Bununla belə, o, təkzib etməyib ki, müğənninin depressiyaya düşüməsinin səbəblərindən biri keçmiş sevgilisinin gözlənilmədən evlənməsi olub:

“Bəli, Castinin yeni münasibətləri barədə xəbərlər eşitmək və görmək daim onun üçün asan deyil. Amma o da digər stresslərlə mübarizə aparır. Onun üçün yenidən xəstəxanaya qayıtmaq çətin idi. Depressiyanın səbəbi bir çox hadisələrdir. O bilir ki, ömrü boyu bununla üzləşməli olacaq, ancaq o mübarizə aparmağa hazırdır. Selena əzmkardır və çox tezliklə sağalacaq. O, bütün həkimlərin məsləhətlərini dinləyir, pəhriz saxlayır və lazımi hərəkətləri edir. O, gündən-günə daha da yaxşı olur,”, - deyə o, bildirib.

Məlumat üçün bildirək ki, 26 yaşlı müğənninin zehnində problem yarandığı iddia edilib. Bundan əlavə, onun psixoloji müalicə aldığı, depressiya əleyhinə həblər qəbul etdiyi məlum olub. Ötən ay Los-Ancelesdə müalicə alan sənətçidə leykoz xəstəliyinin siptomları aşkarlanıb. Keçmiş sevgilisi Castin Biberin modellə evlilik xəbərindən sonra Selenanın halı daha da pisləşib.

TMZ dərgisi yazır ki, Selena elə bir vəziyyətə gəlib ki, özünə zərər vermə, intihar, depressiya, qida qəbul etməmək, kimi hallarla rastlaşa bilər.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]