SON DƏQİQƏ
» » Serj Sərkisyanın partiyasından olan deputat Paşinyanın tərəfinə keçdi

Serj Sərkisyanın partiyasından olan deputat Paşinyanın tərəfinə keçdi

Tarix:

8-10-2018, 23:35

/ 10 339 dəfə oxundu.
Serj Sərkisyanın partiyasından olan deputat Paşinyanın tərəfinə keçdi

Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın rəhbərlik etdiyi Respublikaçılar partiyasının sabiq üzvlərindən biri baş nazir Nikol Paşinyanın növbədənkənar seçkilərlə bağlı qərarını dəstəkləyib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, deputat Artur Gevorkyan 8 oktyabrda xüsusi bəyanatla çıxış edib. “Birmənalı şəkildə Nikol Paşinyanın 2018-ci ilin dekabrında növbədənkənar seçkilər keçirməklə bağlı qərarını dəstəkləyirəm”, bəyanatda deyilir. Deputat həmçinin bildirib ki, N.Paşinyanın istefasından sonra növbədənkənar seçkilər keçirilənədək parlament yeni hökumət başçısını seçməməlidir. O həmçinin Milli Məclisin buraxılması barədə baş nazirin planını da müdafiə edib, bununla da Respublika Partiyasının parlamentlə bağlı planına qarşı çıxıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ