SON DƏQİQƏ

İnterpol prezidenti istefa verdi

Tarix:

7-10-2018, 23:59

/ 10 253 dəfə oxundu.
İnterpol prezidenti istefa verdi

İnterpolun qanunu pozmaqda şübhəli bilinərək Çində saxlanılan prezidenti Men Xunvey istefa verib.

GunAz.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə məlumat beynəlxalq polisin "Twitter" səhifəsinə yerləşdirilib.

"Bu gün, oktyabrın 7-də, İnterpolun Fransanın Lion şəhərindəki Baş Katibliyi cənab Men Xunveydən İnterpol prezidenti postundan istefa verməsi barədə ərizə daxil olub, o dərhal qüvvəyə minir", - deyə bəyanatda bildirilir.

Hazırda Cənubi Koreya vətəndaşı Kim Yonq Yanq prezidentin vəzifələrinin icraçısı təyin edilib. Yeni prezident noyabrda Dubayda Baş Assambleyanın iclasında seçiləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ