SON DƏQİQƏ
» » Sərhədlərimizdə yerləşən ABŞ-ın gizli mərkəzinin DƏHŞƏTLİ SİRLƏRİ ORTAYA ÇIXDI - ŞOK FOTOLAR

Sərhədlərimizdə yerləşən ABŞ-ın gizli mərkəzinin DƏHŞƏTLİ SİRLƏRİ ORTAYA ÇIXDI - ŞOK FOTOLAR

Tarix:

1-10-2018, 22:57

/ 10 304 dəfə oxundu.
Sərhədlərimizdə yerləşən ABŞ-ın gizli mərkəzinin DƏHŞƏTLİ SİRLƏRİ ORTAYA ÇIXDI - ŞOK FOTOLAR

“Amerika imperiyası üçün yeganə dəyər onu idarə edən maliyyə mafiyasının qazancıdır”.

Publika.az xəbər verir ki, bu barədə türkiyəli yazar Hüseyn Vodinalı deyib.


Türkiyə yazar Pentaqonun Gürcüstandakı laboratoriyaları da daxil olmaqla bir çox maraqlı fakta toxunub.

“Maliyyə mafiyasının qazancı üçün bütün silahlardan istifadə olunur. Hollivud filmləri və xəbər kanalları da bura daxildir. Lakin haqqında az danışılan başqa müharibə vasitələri də var. Misal üçün, bioloji müharibə. Yeni doğan körpələri şikəst edən Zika, yaxud Ebola viruslarının patenti Amerika hökumətindədir. Zika virusunun patenti birbaşa Rokfeller Vəqfinə məxsusdur. Afrika və Braziliyada yayılan zika və ebola virusları, Çin və Cənub-Şərqi Asiyadakı donuz və quş qripləri, şarbon virusu (heyvandan insana keçən öldürücü virus), vəba, hepatit kimi virus və mikroblar Pentaqonun dünyanın müxtəlif yerlərində yaratdığı laboratoriyalarında müharibə vasitəsi olaraq istehsal olunur. Bu virusları istehsal edən laboratoriyalardan biri Gürcüstanda qurulan Riçard Lugar Xalq Sağlamlığı Araşdırma Mərkəzidir. Bu mərkəz 2002-ci ildə ABŞ-ın adamı olan Saakaşvilinin dövründə yaradılıb. Gürcüstanın keçmiş təhlükəsizlik naziri İqor Giorqadze bu laboratoriyalarda üzərində təcrübə aparılan insanların hepatitə yoluxaraq öldüyünü açıqladı”, - deyə müəllif yazır.

Türkiyəli yazar Gürcüstandakı Pentaqona məxsus laboratoriyanı araşdıran bolqar əsilli jurnalist Dilyana Qaytandzievanın ortaya çıxardığı faktlara toxunur.

Məlumata görə, amerikalı diplomatlar qan və virus nümunələrini diplomatik toxunulmazlıqlarından istifadə edərək, bu laboratoriyaya aparırlar. Laboratoriyada işləyən bütün mütəxəssislərin diplomatik toxunulmazlığı var. Orada hepatit, şarbon və vəba kimi kütləvi yayılan viruslar üzərində araşdırma aparılır. Laboratoriyanın yaxınlığında yaşayan insanlar gecələr mərkəzdən havaya zəhərli dumanların çıxdığını və buna görə bir çox insanın xəstəxanaya yerləşdirildiyini deyirlər. Hətta laboratoriyada işləyən 4 filippinlidən ikisi bir gecə ağızlarından köpük gələrək ölüb. Laboratoriyada üzərində təcrübə aparılan 100-dən çox gürcüstanlının da öldüyü deyilir.

Məlumata görə, Gürcüstandakı laboratoriyada rusların qan nümunələri də toplanır. Laboratoriyada araşdırmalardan biri də Rusiya üçün xüsusi şarbon virusunun hazırlanmasıdır.

H.Vodinalı qeyd edir ki, ötən aylarda Türkiyədə də şarbon yoluxması gündəmə gəldi: “Bu virus Gürcüstandakı laboratoriyadan yayılmış ola bilərmi? Araşdırmalar göstərir ki, bütün bölgə ciddi bioloji hücumla qarşı-qarşıyadır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ