ABŞ İrandakı günahsız insanların qətlini pisləyir

ABŞ İran xalqını radikal İslam terrorçuluğu ilə mübarizədə dəstəkləyir və bütün terror aktlarını pisləyir.

GunAz.az xəbər verir ki, belə bəyanatla Dövlət Departamentinin nümayəndəsi Hezer Nauert çıxış edib.

“Əhvazda keçirilən hərbi parada silahlı hücum haqqında məlumat almışıq. İran xalqına başsağlığı veririk. ABŞ istənilən terror aktını və günahsız insanların qətlini pisləyir”, - Nauert deyib.

Xatırladaq ki, Əhvaz şəhərində keçirilən hərbi parad zamanı törədilən terror aktı nəticəsində 28 nəfər həlak olub, 60 nəfər isə yaralanıb

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]