SON DƏQİQƏ
» » İŞİD-çı PKK-lıların evində tutuldu: TERRORÇULAR ARASINDA İŞ BİRLİYİ

İŞİD-çı PKK-lıların evində tutuldu: TERRORÇULAR ARASINDA İŞ BİRLİYİ

Tarix:

22-09-2018, 20:55

/ 10 225 dəfə oxundu.
İŞİD-çı PKK-lıların evində tutuldu: TERRORÇULAR ARASINDA İŞ BİRLİYİ

Terror təşkilatı PKK üçün Suriyanın Qamışlı bölgəsindən Nusaybinə 8 ayda 280 kq partlayıcı daşıyan İŞİD-çı kuryer, son partlayıcı təhcizatında cinayət üstündə yaxalanıb. Ələ keçirilən PET maddəsinin 1 kg-nın 100 kq C-4 partlayıcısına bərabər olduğu qeyd olunub. Həmin partlayıcının Qara dəniz və böyük şəhərlərdə partlayışlar törətmək üçün göndərildiyi müəyyənləşdirilib.
 
Qamışlıdakı yeraltı tunellərdən Mardinin Nusaybin rayonuna partlayıcı daşıyan İŞİD-çı kuryer, yaradılan xüsusi qrup tərəfindən addım-addım izlənib. Diqqət çəkməmək üçün müəyyən fasilələrlə qanuni yollarla Suriyaya keçməsinə imkan verilən İŞİD-çı Məhəmməd Əl Celulun, gətirdiyi partlayıcı Nusaybinin Qaratəpə kəndində yaşayan qohumlarının evinin zirzəmisinə basdırdığı müəyyən edilib.
 
SON DAŞIMADA YAXALANDI
 
Partlayıcıların gizləndiyi evi təqibə alan xüsusi təyinatlılar, evə girib, çıxan şəxslərin PKK-lı olduğunu müəyyən edib. Kəşfiyyat çalışmalarından sonra son daşıma həyata keçiriləcəyi gün əməliyyat üçün düyməyə basılıb. Nusaybinə girən terrorçu, bombaları evin zirzəmisinə basdırdığı zamanda həyata keçirilən basqınla həbs edilib. Evin zirzəmisində aparılan qazıntıda 1 kiloqramı 100 kiloqram C-4 partlayıcısına bərabər olan 280 kiloqram PET partlayıcı maddəsi ələ keçirilib.
 
PKK-İŞİD İŞ BİRLİYİ
 
İŞİD-çı terrorçu ilk ifadəsində, "İŞİD ilk qurulduğu zaman təşkilata üzv olmuşam. Ailəmi qorumaq üçün onları Türkiyəyə gətirdim. Təşkilatın bomba təhcizatını yerinə yetirən kuryer oldum. Əmrlə PET partlayıcılarını Nusaybinə gətirdim" deyib. Bundan sonra xüsusi təyinatlılar, partlayıcıların PKK ilə əlaqəsini çözmək üçün işə başlayıb. Təslim olan PKK-lı terrorçuların İŞİD-çı kuryerlərdən danışması şübhələri daha da artırıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ