SON DƏQİQƏ
» » "Ermənistanda itkin düşmüş 1000 hərbçi var"

"Ermənistanda itkin düşmüş 1000 hərbçi var"

Tarix:

21-09-2018, 21:47

/ 10 287 dəfə oxundu.
"Ermənistanda itkin düşmüş 1000 hərbçi var"

Bu günədək Ermənistanda itkin düşmüş sayılan 1000 hərbçi var.

GunAz.az Report-a istinadən xəbər verir ki, bu, itkin düşmüş hərbçilərin valideynlərinin sentyabrın 21-də ölkənin baş naziri Nikol Paşinyana ünvanladıqları müraciətdə vurğulanıb.

"Ölənlərin, heç olmasa, məzarları var. Siz gəlib keçdiniz, ancaq orada bizim nəvələrimiz durmuşdular. Onlar şeir oxumaq istəyirdilər. Hamı gəlib keçir, baş əyir. İtkin düşənlərin xatirəsinə isə heç kim diqqət ayırmır", - itkin düşən hərbçilərdən birinin anası deyib.

İtkin düşmüş başqa bir hərbçinin atası baş nazir Nikol Paşinyana müraciət edərək, heç olmasa, 10 dəqiqəliyə onu qəbul edib problemi ilə tanış olmasını istəyib.

"Müstəqillik və ya hərbi günlərlə bağlı təbrikdə itkin düşmüş hərbçiləri unutmayın", - valideynlər bildiriblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ