SON DƏQİQƏ

Məşhur müğənni Gürcüstanda ev alır

Tarix:

21-09-2018, 16:42

/ 10 248 dəfə oxundu.
Məşhur müğənni Gürcüstanda ev alır

Müğənni Valeriy Meladze Gürcüstanda ev almaq qərarına gəlib. 

GunAz.az axsam.az -a istinadən bildirir ki, sənətçi övladlarının gürcü vətəndaşı olmasını istəyir. Qaydalara görə, bu ölkənin vətəndaşı olmaq üçün ya dövlətin hesabına 300 min avro yatırım etməlisən, ya da ev almalısan. 


Meladze eyni zamanda Batumidə Gürcüstanın mədəniyyətinə həsr olunan beynəlxalq festival keçirməyi planlaşdırır. Tədbir 2019-cu ilin avqust ayı üçün nəzərdə tutulub. Müğənni bununla bağlı mədəniyyət nazirinə müraciət edib. 

Qeyd edək ki, Meladze 1965-ci ildə Batumidə doğulub. Avqustun 15-dən etibarən Gürcüstanda “Vətəndaşlıq haqqında” qanuna dəyişiklik edilib. Belə ki, Gürcüstanda anadan olub başqa ölkələrdə yaşayanlar vətəndaşlıq almaq üçün müvafiq orqanlara müraciət edə bilərlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ