SON DƏQİQƏ

Tehran ABŞ-ı TƏKZİB ETDİ

Tarix:

21-09-2018, 15:20

/ 10 260 dəfə oxundu.
Tehran ABŞ-ı TƏKZİB ETDİ

Tehran BMT-nin Baş Assambleyası çərçivəsində prezident Həsən Ruhaninin ABŞ prezidenti Donald Trampla görüşü üçün sorğu göndərməyib.

GunAz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda İranın Xarici İşlər Nazirliyinin rəsmisi Bəhram Qasımi bildirilib.

“Yenidən vurğulayıram ki, İran tərəfi heç vaxt Trampla görüş üçün sorğu göndərməyib”, – o deyib.

Xatırladaq ki, İran tərəfinin sözügedən sorğusu ilə bağlı ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

Donald Tramp 2018-ci il mayın 8-də Vaşinqtonun İranla nüvə proqramı üzrə razılaşmadan çıxdığını elan edib. Prezident həmçinin, İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ