SON DƏQİQƏ

Vyetnam prezidentinin ölüm səbəbi məlum oldu

Tarix:

21-09-2018, 13:34

/ 10 216 dəfə oxundu.
Vyetnam prezidentinin ölüm səbəbi məlum oldu

Vyetnam Prezidenti Çan Day Kuanq dərmanı mövcud olmayan virus xəstəliyindən vəfat edib.

GunAz.az trend -ə istinadla xəbər verir ki, prezident həmin xəstəliyə 2017-ci ilin iyulunda yoluxub.

Bu müddət ərzində o, həm Vyetnamda müalicə olunub, həm də 6 dəfə Yaponiyaya gedib.

Amma yerli və xarici həkimlərin səylərinə baxmayaraq, virusun qarşısını almaq mümkün olmayıb.

Qeyd edək ki, Vyetnam prezidenti Çan Day Kuanq bu gün səhər saatlarında dünyasını dəyişib.

61 yaşlı Çan Day Kuanq 2016-cı ildən ölkə prezidenti idi.

O, 1976-cı ildə qurulan Vyetnam Sosialist Respublikasının sayca 8-ci dövlət başçısı olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ