SON DƏQİQƏ

Tramp bu məsələni təsdiq etdi

Tarix:

21-09-2018, 11:34

/ 10 214 dəfə oxundu.
Tramp bu məsələni təsdiq etdi

ABŞ prezidenti Donald Tramp cümə axşamı Birləşmiş Ştatların kibertəhlükəsizlik sahəsində yeni strategiyasını imzalayıb və təsdiq edib. Strategiyada əsas diqqət guya bu sahədə fəaliyyət göstərən Rusiya, Çin, İran və Şimali Koreyaya qarşı cavab tədbirlərinə yönəldilir, həmçinin Amerikanın hücum xarakterli kiber əməliyyatlarına icazə verilir.

GunAz.az trend -ə istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinqdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton deyib.

"Prezident bu gün ölkənin son 15 ildə ilk dəfə bu sahədə ən dəqiq xülasə edilmiş yeni kibertəhlükəsizlik strategiyasına imza atıb", – deyə Bolton qeyd edib.

"Bu strategiya bu gün qüvvəyə minir", – deyə o əlavə edib və sənədin mətninin tezliklə açıqlanacağını söyləyib. Pisniyyətli dövlətlər, cinayət və terror təşkilatları kiberalətlər vasitəsilə əqli mülkiyyətimizi, şəxsi məlumatlarımızı oğurlamağa çalışır, infrastrukturumuza ziyan vurmağa cəhd edir və hətta demokratiyamıza xələl gətirmək istəyirlər", – deyə prezidentin köməkçisi bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ