SON DƏQİQƏ

Gürcüstanda prezidentliyə 19 namizəd

Tarix:

21-09-2018, 08:17

/ 10 224 dəfə oxundu.
Gürcüstanda prezidentliyə 19 namizəd

Gürcüstanın Mərkəzi Seçki Komissiyası(MSK) bu günə qədər 19 nəfərin prezidentliyə namizədliyini qeydiyyata alıb.

GunAz.az xəbər verir ki, bu barədə ali seçki qurumundan məlumat verilib. Bildirilib ki, hazırda 6 namizədin qeydiyyatı ilə bağlı prosedur həyata keçirilir.

Qeydiyyat zamanı bir təşəbbüs qrupuna və bir siyasi partiyaya sənədlərində mövcud problemlə bağlı prezident seçkilərində namizədlə iştirak etməyə icazə verilməyib. Bundan başqa, 19 təşəbbüs qrupu MSK-ya imzaları təqdim etmədiyindən onların irəli sürdüyü namizədlərin qeydiyyatı məsələsinə baxılmayıb.

Gürcüstan MSK prezidentliyə namizədlərin qeydiyyat prosesinə sentyabrın 28-də yekun vuracaq.

Qeyd edək ki, qonşu ölkədə prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. MSK-ya seçkilərdə öz namizədi ilə iştirak etmək istəyən 20 siyasi partiya və 26 təşəbbüs qrupundan müraciət daxil olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ