SON DƏQİQƏ

Suriya raket hücumuna məruz qaldı

Tarix:

18-09-2018, 09:00

/ 10 321 dəfə oxundu.
Suriya raket hücumuna məruz qaldı

Suriyanın Latakiya şəhəri raket hücumuna məruz qalıb.

GunAz.az bildirir ki, Suriya Hava-Hücumundan Müdafiə qüvvələri raketləri zərərsizləşdirə bilib.

Bildirilir ki, dənizdən atılan raketlər texniki sahələrlə bağlı obyektlərə hədəflənmişdi.

Zərbələr nəticəsində 7 nəfər yaralanıb.

Qeyd edək ki, bir müddət öncə Suriya Hava-Hücumundan Müdafiə qüvvələrinin İsrailin Dəməşq hava limanına raket zərbələrini dəf etdiyi barədə məlumat yayılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ