SON DƏQİQƏ

Türkiyədə fövqəladə vəziyyət elan edildi

Tarix:

17-09-2018, 20:25

/ 10 296 dəfə oxundu.
Türkiyədə fövqəladə vəziyyət elan edildi

Bu gündən Türkiyənin Siirt bölgəsində fövqəladə vəziyyət elan edilib.

GunAz.az Türkiyə mediasına istinadən xəbər verir ki, Siirtin Əruh mahalının 2 kənd və 3 məhəlləsində vətəndaşların küçəyə çıxmasına qadağa qoyulub.

Məsələ ilə bağlı Siirt Valiliyindən verilən məlumatda sözügedən bölgələrdə separatçı terror təşkilatı mənsublarının zərərsizləşdirilməsi, tərəfdaşlarının tutulması məqsədi ilə əməliyyat keçiriləcəyi bildirilib.Əməliyyat zamanı həmçinin regionda istifadə edilən sığınacaq və anbar sahələrinin məhv edilməsi planlaşdırılır.

скачать dle 12.1

Şərhlər