SON DƏQİQƏ

ABŞ Suriyanı bombalayıb

Tarix:

9-09-2018, 22:58

/ 10 222 dəfə oxundu.
ABŞ Suriyanı bombalayıb

ABŞ Hərbi Hava Qüvvələrinin iki qırıcısı sentyabrın 8-də Suriyanın Deyr-əz-Zor əyalətinə fosforlu döyüş sursatları ilə zərbə endirib.

GunAz.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Düşmən Tərəflərin Barışdırılması Mərkəzinin rəhbəri general-leytenant Vladimir Savçenko məlumat verib.

Savçenko qeyd edib ki, zərbələr nəticəsində güclü yanğınlar baş verib, ölən və yaralananlar barədə məlumat dəqiqləşdirilir.

O həmçinin xatırladıb ki, bu kimi sursatların tətbiqi 1949-cu il tarixli Cenevrə konvensiyasına əlavə protokol ilə qadağan edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ