SON DƏQİQƏ
» » Bu ölkə qadın pilotların sayına görə dünyada birincidir

Bu ölkə qadın pilotların sayına görə dünyada birincidir

Tarix:

9-09-2018, 21:53

/ 10 334 dəfə oxundu.
Bu ölkə qadın pilotların sayına görə dünyada birincidir

Aviasiya Pilotlarının Beynəlxalq Assosiasiyasının məlumatına görə, qadın-pilotların sayına görə dünyada birinci yerdə Hindistandır.

GunAz.az Trend-ə istinadən xəbər verir ki, dünyada pilotların 5%-i qadınlardır, Hindistanda isə bu göstərici 13%-dir. Qeyd olunur ki, bu göstərici bir sıra Qərb ölkələrindəki göstəricidən 2 dəfə çoxdur, o cumlədən Böyük Britaniya (4,77%) və ABŞ (4,36%) daxil olmaqla.

Maraqlıdır ki, 2012-ci ildə Hindistan gender bərabərliyi baxımından böyük iyirmiliyin ən pis ölkəsi elan olunmuşdur.

Hal-hazırda Hindistanın aviasiya bazarı dünyanın ən sürətlə inkişaf edən aviasiya bazarlarındandır və ölkədə aviaşirkətlər pilot qıtlığı ilə üzləşirlər.

скачать dle 12.1

Şərhlər