SON DƏQİQƏ

ABŞ-a dağıdıcı qasırğa yaxınlaşır

Tarix:

9-09-2018, 21:27

/ 10 322 dəfə oxundu.
ABŞ-a dağıdıcı qasırğa yaxınlaşır

ABŞ Milli Qasırğa Mərkəzi növbəti həftə “Florens” tropik qasırğasının ölkənin şərq sahillərinə yaxınlaşacağı ilə bağlı xəbərdarlıq yayımlayıb.  

GunAz.az xarici mediaya istinadən xəbər verir ki, ekspertlər qasırğanın hazırda sahildən 2 min 414 km uzaqlıqda, Atlantik okeanında olduğunu bildirir.

I kateqoriyaya aid edilən qasırğa təhlükəsi səbəbindən Virciniya, Cənubi Karolina və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət rejimi elan edilib.

Qasırğanın Corciya ştatına da çatacağı istisna edilməyib.

скачать dle 12.1

Şərhlər