SON DƏQİQƏ

Liviyadakı toqquşmalarda 78 nəfər öldü

Tarix:

8-09-2018, 21:44

/ 10 188 dəfə oxundu.
Liviyadakı toqquşmalarda 78 nəfər öldü

Liviyada baş verən toqquşmalarda ölənlərin sayı artıb. 

GunAz.az Türkiyə mediasına istinadən xəbər verir ki, paytaxtı Tripolidə bir həftədən çoxdur davam edən silahlı toqquşmalarda 78 nəfər ölüb. Qarşıdurmalarda 300-dən çox insan xəsarət alıb.

Yerli medianın məlumatına görə, hazırda xəstəxanalarda 210-dan çox zərərçəkən müalicə olunur. 103 nəfər ilk tibbi yardımı aldıqdan sonra tibb müəssisələrini tərk ediblər. Həmçinin bildirilir ki, daha 16 nəfər itkin düşüb.

Tripolidə toqquşmalar avqustun 26-da başlayıb. Qarşıdurmalarda bir tərəfdən 7-ci piyada briqadası, digər tərəfdən isə "Tripoli inqilabçıları" batalyonunun bölmələri iştirak edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ