SON DƏQİQƏ
» » Kreml rəsmisi açıqladı: Putin Paşinyana son şans verəcək

Kreml rəsmisi açıqladı: Putin Paşinyana son şans verəcək

Tarix:

5-09-2018, 20:54

/ 10 237 dəfə oxundu.
Kreml rəsmisi açıqladı: Putin Paşinyana son şans verəcək

Rusiya prezidenti Vladimir Putin 8 sentyabrda Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla keçirəcəyi görüşdə indiyədək ikitərəli münasibətlərdə yığılıb qalmış problemli məsələləri açıq şəkildə müzakirə edərək ciddi söhbət aparacaq. 
GunAz.az xəbər verir ki, bu barədə Putinin köməkçisi Yuri Uşakov “İnterfax”a bildirib. 

“Həm biz, həm də erməni tərəfində həllini gözləyən bir çox məsələlər yığılıb qalıb. Odur ki, biz bu dəfəki görüşdən həm ikitərəfli münasibətlərin bütün aspektləri, həm də Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da daxil olmaqla, beynəlxalq təşkilatlarda birgə işimizin bütün məsələlərilə bağlı açıq və ciddi söhbət gözləyirik.” – deyə, Putinin köməkçisi vurğulayıb. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ