SON DƏQİQƏ

ABŞ-da ciddi kadr dəyişikliyi...

Tarix:

2-09-2018, 09:40

/ 10 221 dəfə oxundu.
ABŞ-da ciddi kadr dəyişikliyi...

ABŞ Mərkəz Komandanlığının (CENTCOM) Hərbi Hava Qüvvələri komandiri Ceffri Harriqan vəzifədən istefa verib.

GunAz.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb.

Məlumata görə, ABŞ Mərkəz Komandanlığının (CENTCOM) Qətərdəki Əl-Udeyd bazasında keçirdiyi tədbirdə Ceffri öz vəzifəsini Cozef Quastellaya təhvil verib.

Tədbirdə Qətər Müdafiə naziri Xalid əl-Ətiyyə, Qərargah rəisi Qənim bin Şahin və ABŞ Mərkəz Komandanlığının komandiri Cozef Votel iştirak edib.

Mərasimdə çıxış edən Ətiyyə Udeyd bazasının Qətərlə ABŞ arasındakı əməkdaşlığın göstəricisi və terrora qarşı ortaq aparılan mübarizənin simvolu olduğunu söyləyib.(Axar.az)

скачать dle 12.1

Şərhlər