İtaliyada körpü uçdu: Ölən və yaralananlar var - VİDEO

İtaliyanın Genuya əyalətində bir körpü çöküb.

GunAz.az xəbər verir ki, insident nəticəsində ölənlər və yaralananların sayı çoxdur.

İtalyan polisindən verilən məlumata görə onlarla avtomobil körpüdən yerə çırpılıb. İtaliyanın nəqliyyat naziri hadisəni faciə adlandırıb.

Hadisə yerinə təcili yardım briqadaları cəlb edilib. Körpü şəhərin hava limanı yaxınlığındadır. Bildirilir ki, 20-dən çox maşın körpünün uçması nəticəsində yerə çaxılıb. Onlarla insanın həlak olduğu deyilir.

Hazırda dağıntılar altında qalanların xilasedilməsi üçün işlər aparılır.

 

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]