İngiltərədən Türkiyə-ABŞ böhranına CAVAB

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Karen Pirs Türkiyə ilə ABŞ arasında baş verən böhranla bağlı açıqlama verib.

GunAz.az xəbər verir ki, ingilis diplomat “Öz aralarında həll etməlidirlər” ifadəsini işlədib.

Pirs ABŞ-Türkiyə böhranı ilə bağlı danışıb: “Həm Türkiyə, həm də ABŞ bizim NATO müttəfiqimizdir və hər ikisi ilə də münasibətlərə çox dəyər veririk. Keçmişdə bir-birlərinə çox yaxın idilər. Bu, iki ölkənin öz aralarında həll etməli olduqları özəl bir mövzudur. Ağ Evin milli təhlükəsizlik müşaviri səfir Bolton ilə türk səfirinin görüşündən xəbərim yoxdu amma məncə bu yaxşı bir addım olmalıdır”.

İngilis diplomat Brunsonun azadlığa buraxılacağı təqdirdə iki ölkə arasında böhranın zəifləyib-zəifləməyəci ilə bağlı sualı da cavablandırıb:
“Bəlkə də. Hazırda münasibətlərdə başqa problemlər də olduğunu bilirəm. Türkiyə demokratik ölkədir və burada hüquq daha üstündür, hüquqa uyğun hərəkət edəcəklərini düşünürəm”.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]