SON DƏQİQƏ

Dörd həmkarın mühüm görüşü

Tarix:

14-08-2018, 08:45

/ 10 250 dəfə oxundu.
Dörd həmkarın mühüm görüşü

Bu gün Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun Türkiyəyə səfəri başlayır.

GunAz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında Ankarada görüş keçiriləcək.

Görüşdə Rusiya, Türkiyə, Almaniya və Fransa liderlərinin Suriya üzrə keçirəcəyi sammitə hazırlıq məsələləri müzakirə ediləcək. Sammitin sentyabrın 7-də İstanbulda keçiriləcəyi nəzərdə tutulub.

Lavrov və Çavuşoğlu iki ölkənin ticarət-iqtisadi əlaqələrinin inkişafına əhəmiyyətli diqqət ayıracaqlar. 2017-ci ildə Rusiya və Türkiyənin ticarət dövriyyəsinin həcmi 2016-cı illə müqayisədə 40,5 faiz artaraq 22,1 milyard dollar təşkil edib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Lavrov və Çavuşoğlu həmçinin energetika sferasında Moskva və Ankaranın əməkdaşlığı haqqında danışacaqlar. Gözlənilir ki, nazirlər energetika sferasında strateji ikitərəfli layihələrin, həmçinin “Akkuyu” Atom Elektrik Stansiyası və “Türk axını” qaz kəmərinin tikintisinin reallaşdırılmasının perspektivlərini müzakirə edəcəklər.

Bundan başqa, gözlənildiyi kimi, nazirlər iki ölkə arasında viza rejiminin sadələşdirilməsinin perspektivlərinə toxunacaqlar. Daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi Türkiyə vətəndaşlarının bəzi kateqoriyaları üçün viza rejiminin liberallaşdırılmasına hazır olduğunu təsdiq edib. Rusiyanın Xarici İşlər Nazirliyindən bildiriblər ki, Rusiya tərəfi beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə iki ölkənin müvafiq idarələrinin qarşılıqlı münasibətlərin effektivliyinin artmasına bel bağlayır.

Rusiya naziri bundan başqa, Türkiyənin beynəlxalq təşkilatlar yanında səfir və daimi nümayəndələrinin müşavirəsində çıxış edəcək. Lavrov, gözlənildiyi kimi, türk auditoriyasını Rusiyanın xarici siyasətinin əsas istiqamətləri, həmçinin indiki mərhələdə müasir beynəlxalq münasibətlərin əsas məsələləri üzrə Moskvanın yanaşmaları ilə tanış edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ