SON DƏQİQƏ
» » ABŞ bu müqavilə üzrə Rusiya ilə əməkdaşlığı dondurdu

ABŞ bu müqavilə üzrə Rusiya ilə əməkdaşlığı dondurdu

Tarix:

14-08-2018, 08:48

/ 10 188 dəfə oxundu.
ABŞ bu müqavilə üzrə Rusiya ilə əməkdaşlığı dondurdu

ABŞ Rusiya tərəfindən müqavilənin şərtlərinə riayət edilmədiyi müddətdə, Açıq səma üzrə Müqavilə çərçivəsində Rusiya ilə əməkdaşlığı dondurur.

Publika.az xəbər verir ki, bu haqda ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanan 2019-cu maliyyə ilinin müdafiə büdcəsinin mətnində deyilir.

Qanuna əsasən, bu tələbin icrasının qiymətləndirilməsi üçün məsuliyyət ABŞ-ın dövlət katibinin üzərinə qoyulur.

Qeyd edək ki, Açıq səma üzrə Müqavilə 1992-ci ildə ATƏT-in 23 üzv ölkə tərəfindən imzalanıb. Rusiya müqaviləni 2001-ci ildə təsdiqləyib. Müqavilənin iştirakçıları hərbi fəallığa nəzarət edilməsi üçün bir-birinin hava məkanında uçmaq imkanı alıblar.

Sənədə əsasən, müşahidə aparan təyyarə hər hansı silahla təchiz edilə bilməz. Layner və onda qurulmuş avadanlıq beynəlxalq yoxlamadan keçməlidir. Müqavilənin şərtlərinə görə, üzərində müşahidə aparılan dövlətin nümayəndələri təyyarənin içində mütləq olmalıdırlar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ