SON DƏQİQƏ
» » Yunanıstanda yenidən meşə yanğını başladı

Yunanıstanda yenidən meşə yanğını başladı

Tarix:

12-08-2018, 22:35

/ 10 256 dəfə oxundu.
Yunanıstanda yenidən meşə yanğını başladı

Yunanıstanda yenidən meşə yanğını başlayıb. 

GunAz.az xəbər verir ki, yanğın ölkənin Attika vilayətinin şərq hissəsində yerləşən Evbeya adasında başlayıb.

Yerli mətbuatın məlumatına görə, bu gün günorta saatlarında başlayan yanğın güclənərək Xalkida şəhərindən şimal tərəfdə yerləşən Kontodespoti kəndini təhlükə altında qoyub.

Güclü külək və isti hava hələlik yanğını söndürməyə imkan vermir. Yerli hakimiyyət yanğına daha yaxın ərazidə yerləşən iki qəsəbənin əhalisini təxliyyə etmək barədə qərar verib.

Xalkida ilə Şimali Evbeya arasında avtomobil hərəkəti dayandırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ