SON DƏQİQƏ

Yunanıstan səfirini Rusiyadan geri çağırdı

Tarix:

11-08-2018, 08:24

/ 10 240 dəfə oxundu.
Yunanıstan səfirini Rusiyadan geri çağırdı

Yunanıstanla Rusiya arasında yaşanan diplomatik böhran daha da dərinləşir. 

GunAz.az xəbər verir ki, Yunanıstan Moskva səfiri Andreas Friqanası Afinaya geri çağırıb.

Bu qərarın xarici işlər naziri Nikos Koçiasın verdiyi bildirilir.

Qeyd edək ki, yunan hökuməti ötən ay iki rus diplomatı deportasiya edib, iki mülki rusiyalının isə ölkəyə girişini qadağan edib. Sözügedən şəxslər yunanıstanlı rəsmilərə rüşvət verməkdə ittiham edilir. Onlar Makedoniyanın NATO-ya daxil olmasına icazə verməmək üçün müqavilənin pozulmasına çalışıblar. Bundan sonra rəsmi Moskva Afinaya bir neçə dəfə xəbərdarlıq edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ