SON DƏQİQƏ
» » Tehrandan Ankaraya dəstək - “ABŞ-I peşman edəcəyik”

Tehrandan Ankaraya dəstək - “ABŞ-I peşman edəcəyik”

Tarix:

10-08-2018, 22:12

/ 10 249 dəfə oxundu.
Tehrandan Ankaraya dəstək - “ABŞ-I peşman edəcəyik”

ABŞ-ın Rusiya və ABŞ-ın ardınca Türkiyəyə də sanksiya tətbiq etməsindən sonra Ankaraya ilk dəstək rəsmi Tehrandan gəlib.

GunAz.az Türkiyə mediasına istinadən xəbər verir ki, türk lirəsinin dəyərdən düşməsindən sonra İran prezidenti Həsən Ruhaninin xüsusi təmsilçisi Mahmud Vaizi onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana mesajını çatdırıb. Vaizi rəsmi Tehranın Amerika hökumətini bu addımlarına görə peşman edənədək mübarizə aparacağını bildirib.

Ərdoğan da öz növbəsində Ruhaninin mesajını almaqdan məmnunluğunu bildirərək, İranla əməkdaşlığı davam etdirəcəklərini nəzərə çatdırıb. O, yaxın günlərdə iranlı həmkarı ilə görüşmək istədiyini də deyib. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ