SON DƏQİQƏ
» » ABŞ-ın hədələri Pakistanı qorxutmadı - “İranla əlaqələr davam edəcək”

ABŞ-ın hədələri Pakistanı qorxutmadı - “İranla əlaqələr davam edəcək”

Tarix:

10-08-2018, 21:25

/ 10 250 dəfə oxundu.
ABŞ-ın hədələri Pakistanı qorxutmadı - “İranla əlaqələr davam edəcək”

Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Faysal ABŞ-ın sanksiyalarına rəğmən, İranla ticarət əlaqələrinə davam edəcəklərini açıqlayıb.

GunAz.az xarici mediaya istinadən xəbər verir ki, Pakistanın suveren ölkə olaraq iqtisadi və ticari fəaliyyətinə özünün qərar verəcəyini bildirən Faysal heç bir sanksiyanın İranla münasibətlərinə təsir etməyəcəyini nəzərə çatdırıb. O, Pakistanla İranın hər zaman regional məsələlərdə birgə addım atdığını vurğulayıb. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp sanksiya tətbiq edilən İranla əlaqələri davam etdirən ölkələri də eyni aqibətin gözləyəcəyi ilə bağlı xəbərdarlıq edib. 

скачать dle 12.1

Şərhlər