SON DƏQİQƏ

İranda soydaşlarımız etiraz etdi

Tarix:

10-08-2018, 16:28

/ 10 261 dəfə oxundu.
İranda soydaşlarımız etiraz etdi

İranın Həmədan şəhərində Azərbaycan dilində təhsil verən qurumun olmaması, eləcə də teleradio şirkətinin əyalət üçün yayımladığı bütün proqramların fars dilində olması azərbaycanlıların etirazına səbəb olub.
GunAz.az axar.az-a istinadən xəbər verir ki, Həmədanda rəsmi idarələrdən birinin binasına ana dilində təhsil tələb edən banner asılıb. Şəhərin ən hərəkətli yerində nümayiş etdirilən bannerdə farsca “Ana dilində təhsil almaq hər bir insanın təbii haqqıdır” sözləri yazılıb. Burada azərbaycanca yazılmış “Biz öz ana dilimizin rəsmi şəkildə öyrədilməsini istəyirik” cümləsi də nəzərə çarpır.
Qeyd edək ki, Azərbaycanın ən qədim bölgələrindən olan Həmədan əyaləti İran rejiminin tətbiq etdiyi assimilasiya siyasətinin əsas hədəfində olan bölgələrdən biridir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ