Sarkisyan çətin durumda - 2 yolu var...

“Ermənistanın eks-prezidenti Serj Sarkisyan İtaliyada 10 gün dincəldikdən sonra anasına baş çəkmək bəhanəsi ilə Dağlıq Qarabağa gəlib. Sarkisyanın iki variantı var. O ya həbs təhlükəsi qarşısında uzun müddət Ermənistana qayıtmayaraq Dağlıq Qarabağda qalacaq, ya da Ermənistanın baş prokurorunun tələbi ilə Robert Koçaryan kimi İrəvana qayıdıb sorğu-sual edildikdən sonra həbsxanaya yollanacaq”.

GunAz.az-ın məlumatına görə, bunu “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, Serj Sarkisyan birinci varianta üstünlük verərsə onda baş nazir Nikol Paşinyana qarşı açıq savaşa başlamalı olacaq.

“Ancaq bu varianta Qarabağdakı separatçıların hazırki idarəediciləri razılaşmayacaqlar. Çünki Qarabağ separatçıları Sarkisyanı qorusalar və İrəvana təhvil verməsələr, Paşinyan da Qarabağ separatçılarını qorumayacağı ilə onları hədələyə bilər. Ona görə də Qarabağ separatçıları üçün müsbət qərar o olar ki, Serj Sarkisyan anasının yanında çox qalmayaraq İrəvana yollansın”.

E.Şahinoğlu Ermənistanın baş naziri  Nikol Paşinyanın avqustun 17-də  İrəvanda keçirəcəyi mitinqə Qarabağda gənc tərəfdarlarını da dəvət etdiyini qeyd edib.

“Bu Paşinyana ona görə lazımdır ki, onun Robert Koçəryana və Serj Sarkisyana qarşı mübarizəsi Qarabağ ermənilərinə qarşı mübarizəsi kimi dəyərləndirilməsin”.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]