SON DƏQİQƏ

İsrail və HƏMAS razılaşdı

Tarix:

10-08-2018, 08:09

/ 10 253 dəfə oxundu.
İsrail və HƏMAS razılaşdı

İsrail ilə Fələstinin HƏMAS təşkilatı arasında atəşkəs əldə edilib.

GunAz.az xarici mediaya istinadən xəbər verir ki, Misirin vasitəçiliyi ilə əldə edilən atəşkəs saat 22:45-də qüvvəyə minib.

Razılığa əsasən, HƏMAS raket hücumu etməyəcəyi təqdirdə, İsrail Qəzza zolağında əməliyyatları dayandıracaq. Razılığa görə, ilk olaraq isə Rifah sərhəd keçid məntəqəsi açılacaq. Tərəflər 5 il müddətinə bir-birinə atəş açmamaq barədə razılığa gəliblər.

Qeyd edək ki, son 24 saat ərzində Qəzzada vəziyyət gərginləşib. İsrail ordusu Qəzzadan endirilən raket zərbələrinə cavab olaraq HƏMAS-a aid onlarla nöqtəni vurub.(Publika.az)

скачать dle 12.1

Şərhlər