SON DƏQİQƏ
» » Kaliforniyanın tarixində ən güclü yanğın qeydə alınıb

Kaliforniyanın tarixində ən güclü yanğın qeydə alınıb

Tarix:

8-08-2018, 20:55

/ 10 309 dəfə oxundu.
Kaliforniyanın tarixində ən güclü yanğın qeydə alınıb

Son bir həftə ərzində geniş əraziyə yayılan "Mendosino" yanğını ABŞ-ın Kaliforniya ştatının tarixində baş vermiş 8 yanğından ən böyüyü kimi qeydə alınıb.

GunAz.az AZƏRTAC-a istinadən bildirir ki, Kaliforniya ştatının Meşə Təsərrüfatı və Yanğın Mühafizə İdarəsinin məlumatına görə, yanğın 283 min 800 akr ərazini əhatə edib. Müqayisə üçün qeyd edək ki, 2017-ci ilin sonunda baş vermiş sonuncu - "Tomas" yanğını nəticəsində 281 min 947 akr ərazi yanaraq külə çevrilmişdi. Yanğınsöndürənlər cəmi 30 faiz ərazidə alovu söndürə biliblər. Hazırda yanğın yeni ərazilərə yayılır.

Güclü meşə yanğını ilə əlaqədar Mendosino, Leyk və Kolusa əyalətlərinin sakinləri təxliyə olunub. "Mendosino" yanğını artıq 143 binanı, o cümlədən 75 fərdi evi məhv edib. Kaliforniya ştatının Meşə Təsərrüfatı və Yanğın Mühafizə İdarəsinin məlumatına görə, daha 11 min obyekt təhlükə altındadır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ