SON DƏQİQƏ

Orxan Camalı dəfn edə bilmirlər- SƏBƏB?

Tarix:

5-08-2018, 20:57

/ 10 264 dəfə oxundu.
Orxan Camalı dəfn edə bilmirlər- SƏBƏB?

Mərkəzi Afrikada həlak olmuş jurnalist Orxan Camalın qohumlarına bildiriblər ki, Mərkəzi Afrika Respublikasında onun ölümü haqda Rusiya Federasiyasının konsulu tərəfindən imzalanmış yekun rəy itirilib.

GunAz.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə mərhumun dostu və həmkarı Maksim Şevçenko öz Feysbuk səhifəsində yazıb.

"Sağlığında Orxanla nə etmək lazım olduğunu bilməyən küt hakimiyyətin qisasçılığının hüdudu yoxdur", — jurnalist yazıb. Onun sözlərinə görə, bu sənəd olmadan O.Camalı dəfn etmək olmaz.

M.Şevçenkonun postuna şərhdə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova belə bir ehtimal irəli sürüb ki, ölüm haqqında yekun rəy onların nəşini gətirən yük təyyarəsində itirilib. "Rusiya 1" telekanalının efirində o, əlavə edib ki, hazırda Xarici İşlər Nazirliyi Mərkəzi Afrika Respublikasında həlak olmuş Rusiya jurnalistlərinin tabutları gətirilərkən itirilmiş sənədlərin bərpası ilə məşğuldur.

Xatırladaq, iyulun 31-də Mərkəzi Afrika Respublikasında "Vaqnerin ordusu” kimi tanınan özəl Rusiya hərbi şirkətinin fəaliyyəti ilə bağlı film çəkən üç rusyalı jurnalist-Azərbaycan əsilli Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko naməlum silahlılar tərəfindən öldürülüblər. Onların meyitləri ötən gecə təyyarə ilə Moskvaya gətirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ