SON DƏQİQƏ

Kosmosda qəribə cisim aşkarlandı

Tarix:

4-08-2018, 19:15

/ 10 323 dəfə oxundu.
Kosmosda qəribə cisim aşkarlandı

Kosmosda qəribə cisim aşkarlandı”VLA” rəsədxanası açıq kosmosda qəribə səma cismi kəşf edib.
GunAz.az “ölkə.az”a istinadla xəbər verir ki, planet boyda olan səma cismi güclü maqnit dalğası buraxır.

Arizona universitetinin alimi Melodi Kao deyib:
“Bu obyekt planet və qəhvəyi cırtdanların sərhədində yerləşir. Onun kəşfi bizim üçün böyük sürpriz oldu. Biz artıq planet və ulduzun daxilində maqnit sahəsinin necə yarandığını anlayacağıq”.
Son on il ərzində astronomlar qalaktikaya yaxın regionlarla bir neçə soyuq və tutqun səma cismi kəşf ediblər. Onların təbiəti planetoloqlar üçün hələ də mübahisə mövzusudur.
Əvvəllər alimlər bu tip cisimlərinradio dalğa buraxdığını düşünmürdülər. Amma əsrin əvvəllərində bunun belə olduğu üzə çıxdı. Bu obyektlərin fotosu sübut etdi ki, onlarda güclü qütb parıltısı var. Bunun yaranması üçün isə güclü maqnit sahələri lazımdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ