SON DƏQİQƏ

Hakkaridə PKK-ya ağır zərbə endirildi

Tarix:

2-08-2018, 20:28

/ 10 257 dəfə oxundu.
Hakkaridə PKK-ya ağır zərbə endirildi

Türkiyə jandarması Hakkari şəhərində PKK-ya ağır zərbə vurub.
GunAz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hakkarinin Çəmənli kəndində yerləşən mağarada aparılan əməliyyatlar zamanı çoxlu sayda silah-sursat ələ keçirilib.
Mağaradan 5 tank əleyhinə idarəetmə raketi (TƏİR), 4 şəxsi heyət raketi, 2 əl qumbarası, 14 ədəd qumbaraatan raketi, pulemyot lüləsi, 3 min pulemyot sursatı, 80 ədəd 12,7 mm çaplı snayper sursatı, AK-47 kalaşnikov darağı, 12 bidon benzin, 102 ekran LCD televizoru, 10 ədad qaz balonu, 2 akkumlyator, 500 paket siqaret, 10 torba un, 2 torba şəkər tozu, 10 bidon turşu, 60 cüt ayaqqabı və çoxlu sayda məişət avadanlığı tapılıb.
Əməliyyat davam etdirilir.
скачать dle 12.1

Şərhlər