SON DƏQİQƏ
» » ABŞ-ın əsl hədəfi ORTAYA ÇIXDI: Ankaranı uçuruma aparacaq ŞOK PLAN

ABŞ-ın əsl hədəfi ORTAYA ÇIXDI: Ankaranı uçuruma aparacaq ŞOK PLAN

Tarix:

28-07-2018, 15:01

/ 10 271 dəfə oxundu.
ABŞ-ın əsl hədəfi ORTAYA ÇIXDI: Ankaranı uçuruma aparacaq ŞOK PLAN

ABŞ Türkiyənin beynəlxalq kredit təşkilatlarından kredit alması və F-35-lərin Ankaraya satılması ilə bağlı qadağaları gündəmə gətirdi. Nümayəndələr Palatasından keçən hər iki qadağa Senatda müzakirə olunacaq, daha sonra hər şey Trampın imzasına qalacaq. Vaşinqton bunu Ankaraya qarşı təzyiq rıçaqı olaraq istifadə edir, lakin Əroğanın önündə Çin və Rusiya kimi alternativlərin olduğu bir vaxtda Ankaranın geri çəkiləcəyi ehtimalı azdır. Bu baxımdan, hər iki qadağanın qüvvəyə minəcəyi gözləntisi böyükdür.

Publika.az xəbər verir ki, amerikalı rahib Endryu Brunsonun Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdini dəstəkləmək ittihamı ilə ev həbsinə məhkum edilməsi Vaşinqton-Ankara xəttində gərginliyi pik həddə çatdırdı. Əslində Brunson məsələsi bir bəhanə kimi görünür, əsas hədəf Şərqi özünə alternativ seçən və Qərbin nəzarətindəki ölkə olmaqdan çıxan Türkiyənin vurulmasıdır.

ABŞ mediasında yayılan məlumatlar Türkiyəyə qarşı iki sanksiyanın hələ başlanğıc ola biləcəyini deməyə əsas verir. “New York Times” qəzeti Rusiyaya qarşı tətbiq olunan “Maqnitski Siyahısı”nın Türkiyəyə qarşı da tətbiq oluna biləcəyini yazır. “Bloomberg” isə ABŞ-ın Ərdoğan hökumətinə yaxın iş adamlarını hədəfə ala biləcəyini qeyd edir.

Türkiyədə Enerji Bazarı və Siyasəti İnstitutunun (EPPEN) rəhbəri Volkan Özdəmir ABŞ-ın hücumlarının məqsədini şərh edib.

Onun fikrincə, ABŞ Türkiyəni sıxışdıraraq, istədiyini etdirə bilən ölkəyə çevirmək istəyir.

“Rahib Brunson məsələsi bir bəhanədir. ABŞ ilk mərhələdə Türkiyəni iqtisadi sanksiyalarla sıxışdıracaq, istədiyini edənə qədər bu hücumlar davam edəcək. Əgər istədiyi baş tutmasa sanksiyalar daha da sərtləşəcək. ABŞ-ın istəyi Türkiyəni yenidən yanına çəkməkdir. Bunun üçün iqtisadi hücuma başlayıb. Çünki Türkiyənin iqtisadiyyatı həssasdır. Bu gün 500 milyard dollara qədər borcumuz var, nağd pula ehtiyacımız var. Türkiyə iqtisadiyyatını Rusiya ilə eyniləşdirməməliyik. Sanksiyalar Rusiyaya bir o qədər də təsir etmədi. Türkiyənin iqtisadiyyatı Rusiyadan daha həssasdır. Türkiyə ABŞ-ın şantajlarına qarşı alternativlər tapmaq məcburiyyətindədir. Hesab edirəm ki, bu alternativlər olacaq. Xüsusilə Çinlə yeni kredit müqaviləsinin təsiri böyükdür. Fikrimcə, Türkiyə Qərbdən gələn hərbi, siyasi və iqtisad təhdidlərə bütöv olaraq baxmalı və buna hazır olmalıdır. İqtisadiyyatımızda ciddi itkilərlə üzləşmək riski var, lakin buna indidən hazırlaşmalıyıq”, - deyə o bildirib.

V. Özdemir hesab edir ki, ABŞ Türkiyəni iqtisadi böhrana sürükləməyi planlaşdırır: “Hədəf Türkiyəni yenidən ABŞ-ın çətiri altına qaytarmaqdır. Xüsusilə Suriya və İran məsələsində Vaşinqtonun dediyini etməyimizi istəyirlər. Türkiyə onların istədiyini etməyəcək, buna görə də bizə hücumlar şiddətlənəcək. Bu, Türkiyəyə maliyyə axınının qarşısını almaqdan başlamış bir çox addımlara qədər ola bilər. ABŞ ölkəmizdə iqtisadi böhran yaratmaq istəyir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ