SON DƏQİQƏ
» » Təyyarə qəzası: Yüksək vəzifəli şəxslər ölüb

Təyyarə qəzası: Yüksək vəzifəli şəxslər ölüb

Tarix:

27-07-2018, 12:12

/ 10 252 dəfə oxundu.
Təyyarə qəzası: Yüksək vəzifəli şəxslər ölüb

Paraqvayın kənd təsərrüfatı və heyvandarlıq naziri Luis Qneytinqyüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirib.

GunAz.az xəbər verir ki, göyərtəsində yüksək vəzifəli məmurların olduğu layner Ayolas şəhərindən havaya qalxdıqdan üç dəqiqə sonra radarlardan itib. 

Nazirlə yanaşı, təyyarədə müavini Vinsent Riqoberto, məmur Luis Eladio və pilot Xerardo Kaetano da olub. Onlar Paraqvayın paytaxtı Asunsona doğru uçurmuşlar. 14 saat davam edən axtarışlardan sonra təyyarənin qalıqları aeroportun altı kilometrliyində aşkar edilib. 

İlkin ehtimallara görə, hadisəyə səbəb kimi texniki nasazlıq olub. Bütün sərnişinlər və pilot ölüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ