SON DƏQİQƏ

Gürcüstanda zavodda partlayış: yaralılar var

Tarix:

25-07-2018, 19:25

/ 10 298 dəfə oxundu.
Gürcüstanda zavodda partlayış: yaralılar var

Bu gün günorta saatlarında Gürcüstanın Kutaisi şəhərində yerləşən Çuqunəritmə Zavodunda güclü partlayış olub.

GunAz.az “Report”a istinadən xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ağır xəsarət alıb.

Gürcüstan Fövqəladə Halları Xidmətindən bildirilib ki, partlayış nəticəsində zavodun dəmir konstruksiyası dağılıb və yanğın baş verib. Hadisə yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın lokallaşdırılıb və alovun tam söndürülməsi davam etdirilir.

Gürcüstanın müvafiq strukturları hadisəsinin səbəblərini araşdırır, faktla bağlı cinayət işi başlanılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ