SON DƏQİQƏ
» » Torpaqlar bu tarixə qədər azad ediləcək – YENİ PLANIN DETALLARI

Torpaqlar bu tarixə qədər azad ediləcək – YENİ PLANIN DETALLARI

Tarix:

24-07-2018, 23:08

/ 10 375 dəfə oxundu.
Torpaqlar bu tarixə qədər azad ediləcək – YENİ PLANIN DETALLARI

Kiyev 2019-cu ilin dekabrına kimi Krımın qaytarılması və reinteqrasiyanı planlaşdırır.

GunAz.az xəbər verir ki, bu haqda Ali Radanın sabiq deputatı Aleksey Juravko bildirib.

“Bu, kimsə tərəfindən uydurulmayıb, sənəddə əksini tapan konkret məsələdir”, - Juravko skanerdən çıxarılmış fayla istinadən Feysbukda yazıb.

Keçmiş parlament üzvünün sözlərinə görə, plan Ukrayna prezidenti Pyotr Poroşenkonun Krım üzrə daimi nümayəndəsi Boris Babin tərəfindən hazırlanıb və iyunun 20-də bəyənilib.

Sənədə əsasən, Ukrayna Krımda insan hüquqların pozulmasının sübutlarını toplayaraq təqdim etmək, Beynəlxalq Cinayət Məhkəməsində iddiaların möhkəmləndirilməsi üçün Rusiyaya qarşı dəlilləri axtarmaq, “Krımın deokkupasiyasının dostları” (güc tətbiqi nəticəsində bütün zəbt və işğal qeyri-qanuni hesab edilir və status-kvo güc tətbiqinədək olan vəziyyətə qaytarılmasını tələb edir. Bu, “deokkupasiya” adlanır –red.) beynəlxalq platformanın fəaliyyətini dəstəkləmək, həmçinin yarımadada Ukraynaya meylli strukturları və təşkilatları maliyyələşdirmək fikrindədir.

Bundan başqa, sabiq deputat bildirib ki, Ukrayna hakimiyyəti yarımadanın sonrakı azad edilməsi üçün Krımdan olan mühacirlərdən ibarət və Ukrayna Silahlı Qüvvələrinin tərkibinə daxil edilən hərbi bölmələri formalaşdırmağı planlaşdırır. Amma Juravko qeyd edib ki, Kiyevdə belə hissələrin yaradılması üçün maliyyə vəsaitləri yoxdur.

Qeyd edək ki, Krım 2014-cü ilin martında Rusiya tərəfindən ilhaq edilib. Moskvanın iddiasına görə, yarımadanın Rusiyaya birləşməsi üçün keçirilən referendum beynəlxalq hüquqa və BMT-nin Nizamnaməsinə uyğun baş tutub. Prezident Vladimir Putinin sözlərinə görə, Krım məsələsi qəti bağlanıb.(Publika.az)

скачать dle 12.1

Şərhlər