SON DƏQİQƏ
» » Kanadada fövqəladə vəziyyət rejimi tətbiq olundu

Kanadada fövqəladə vəziyyət rejimi tətbiq olundu

Tarix:

19-07-2018, 21:45

/ 10 323 dəfə oxundu.
Kanadada fövqəladə vəziyyət rejimi tətbiq olundu

Kanadanın Britaniya Kolumbiyası əyalətinin bəzi bölgələrində meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq olunub.

GunAz.az xarici mediaya istinadən xəbər verir ki, meşə yanğınları 200 hektara yaxın meşə sahəsini məhv edib.

Bölgədə bir sıra avtomobil yolları bağlanıb, yerli hökumət tərəfindən onlarla yaşayış evi və kempinqlərin təxliyəsinə dair sərəncam verilib.

Yanğına quru və isti hava şəraitində qəflətən baş verən tufan səbəb olub. İndiyədək bölgədə 40 yanğın ocağı qeydə alınıb, onlardan 9-u güclü yanğına çevrilib.

скачать dle 12.1

Şərhlər