SON DƏQİQƏ
» » “Bunun nəticələri haqqında düşünmək lazımdır”

“Bunun nəticələri haqqında düşünmək lazımdır”

Tarix:

19-07-2018, 17:13

/ 10 265 dəfə oxundu.
“Bunun nəticələri haqqında düşünmək lazımdır”

Ukraynanı və Gürcüstanı sıralarına daxil etməyə çalışan NATO belə siyasətin nəticələri haqqında düşünməlidir.

GunAz.az “RA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Vladimir Putin Rusiyanın daimi nümayəndələri və səfirlərinin müşavirəsində bildirib.

“Bizim həmkarlarımız vəziyyətin kəskinləşməsinə oynayırlar, həmçinin Ukrayna və Gürcüstanı NATO-nun hərbi orbitinə daxil etməyə çalışırlar. Belə məsuliyyətsiz siyasətin mümkün nəticələri haqqında düşünmək lazımdır”, - prezident deyib.

Daha əvvəl Putin bildirib ki, Rusiya Gürcüstan və Ukraynanın NATO-ya girişinə son dərəcə mənfi yanaşır.

İyulun 18-də NATO-nun baş katibi Yens Stoltenberq qeyd edib ki, Rusiya Gürcüstanın NATO-ya daxil olmaq arzusundan ehtiyatlanmamalıdır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ