SON DƏQİQƏ
» » Paşinyan rusiyalı hərbçiləri bununla ittiham etdi

Paşinyan rusiyalı hərbçiləri bununla ittiham etdi

Tarix:

19-07-2018, 13:52

/ 10 220 dəfə oxundu.
Paşinyan rusiyalı hərbçiləri bununla ittiham etdi

Panik kəndindəki insident Rusiya-Ermənistan dostluq əlaqələrinə qarşı təxribatdır. 

GunAz.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin iclasında baş nazir Nikol Paşinyan deyib. 

Xatırladaq ki, iyulun 17-də Ermənistanda Rusiyanın 102-ci hərbi bazasının hərbçilərinin Şirak vilayətinin Panik kəndində hərbi təlimlər zamanı boş güllələrdən istifadə etməsi yerli sakinləri qorxuya salıb. Bildirilib ki, kənd sakinləri əvvəlcə müharibənin başladığını zənn ediblər.

Şirak rayonunun qubernatoru Karen Saruxanyan bəyan edib ki, rusiyalı hərbçilər fors-major vəziyyətlə bağlı məlumat verib və insidentə görə üzr istəyib. 

“Belə bir hadisə ilk dəfə baş verib və onlar bunun bir daha təkrar olunmayacağını bildiriblər. Hazırda məsələ ilə bağlı araşdırmalar aparılır”, - Saruxanyan qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ