SON DƏQİQƏ
» » Tramp-Putin görüşünə xərclənən məbləğ açıqlandı

Tramp-Putin görüşünə xərclənən məbləğ açıqlandı

Tarix:

17-07-2018, 23:50

/ 10 282 dəfə oxundu.
Tramp-Putin görüşünə xərclənən məbləğ açıqlandı

Finlandiya hökuməti Rusiya və ABŞ prezidentlərinin Helsinkidə keçirilən görüşünə təxminən 10 milyon avro xərc çəkib.

GunAz.az TASS-a istinadən xəbər verir ki, bunu Finlandiyanın Baş naziri Yuxa Sipilya “Karjalainen” qəzetinə müsahibəsində deyib.

Onun fikrincə, bu cür görüşə investisiya qoymağına dəyər: "Bu pullar ölkənin imicinə qoyulan əmanətdir. Xərclər barədə daha dəqiq məlumat bir qədər sonra veriləcək".

Xatırladaq ki, iyulun 16-da Helsinki Prezident Sarayında Vladimir Putin və Donald Tramp arasında ilk tamformatlı görüş keçirilib. Bundan əvvəl liderlər iki dəfə - ötən ilin iyul və noyabr aylarında böyük beynəlxalq tədbirlər çərçivəsində görüşüblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ