SON DƏQİQƏ

ABŞ Suriyada nə vaxta qədər qalacaq?

Tarix:

17-07-2018, 22:00

/ 10 322 dəfə oxundu.
ABŞ Suriyada nə vaxta qədər qalacaq?

İran təhdidi tamamilə ortadan götürülməyənədək ABŞ hərbi qüvvələri Suriyada qalacaq.

GunAz.az ABŞ-ın ABC telekanalına istinadla xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik İdarəsinin məsləhətçisi Con Bolton deyib.

Bolton açıqlamasında Suriyada Bəşər Əsəd rejiminə dəstək verən İranı İŞİD terror təşkilatı ilə müqayisə edib:

“Hər ikisi dünya və bölgə üçün təhdid mənbəyidir. Buna görə də, Yaxın Şərqdə İŞİD-in regional xəlifəliyi və İran təhdidi tamamilə ortadan götürülməyənə qədər hərbi qüvvələrimizi Suriyadan geri çəkməyəcəyik. ABŞ Prezidenti Donald Tramp da, bunu qəti şəkildə bildirib”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ