SON DƏQİQƏ

Tramp-Putin görüşünün sponsoru məlum oldu

Tarix:

17-07-2018, 13:18

/ 10 260 dəfə oxundu.
Tramp-Putin görüşünün sponsoru məlum oldu

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasındakı görüşün bütün xərclərini Finlandiya dövləti ödəyib.

GunAz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Finlandiya Baş naziri Yuxa Sipilya deyib.

Görüş üçün ayrılan məbləğ isə hələlik açıqlanmayıb.

Sipilya həmçinin danışıqları işıqlandırmaq üçün Finlandiyaya 1500 jurnalistin gəldiyini bildirib:

“Bu, Helsinkini dünyaya tanıtmağa imkan verdi. Söhbət burada Finlandiyanın imicinin yaxşılaşdırılması imkanından gedir”.

скачать dle 12.1

Şərhlər