SON DƏQİQƏ

Türkiyədəki 15 iyul qiyamından 2 il keçir

Tarix:

15-07-2018, 12:48

/ 10 379 dəfə oxundu.
Türkiyədəki 15 iyul qiyamından 2 il keçir

Türkiyədə 15 iyul - dövlət çevrilişə cəhd olayından 2 il keçir.
GunAz.az xəbər verir ki, bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd edilir. Bu münasibətlə bütün ölkə üzrə şəhidlərin anım mərasimləri təşkil olunub.

Qeyd edək ki, 2016-cı il iyulun 15-də özünü “Yurdda Sülh Konseyi” adlandıran bir qrup şəxs Türkiyə Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan edib.

Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Bu məqsədlə ilk növbədə Ankarada polis akademiyası partladılıb. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olunub. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alınıb. Türkiyə Böyük Millət Məclisi atəşə tutulub.

Həmin gecə baş verən toqquşmalarda 300-dən çox hərbçi və mülki şəxs ölüb, 15 400 nəfər yaralanıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ