SON DƏQİQƏ
» » Güclü yağış 216 nəfərin həyatına son qoydu - FOTO

Güclü yağış 216 nəfərin həyatına son qoydu - FOTO

Tarix:

15-07-2018, 10:58

/ 10 284 dəfə oxundu.
Güclü yağış 216 nəfərin həyatına son qoydu - FOTO

Günlərdir davam edən kəskin hava şəraiti, güclü yağış və leysanlar nəticəsində Yaponiyada 216 nəfər həlak olub.

GunAz.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, bir o qədər insan isə itkin düşüb.

Son məlumatlara görə, yüzlərlə insanın axtarışları davam etdirilsə də, aralarında azyaşlıların da olduğu 120 nəfərin sağ qaldığına dair ümid yoxdur. Polis və xilasedici briqadanın əməkdaşları gücləndirilmiş iş rejimində axtarışlara davam edir. Bütün ölkə üzrə minlərlə könüllü Yaponiyanın qərb rayonlarına gələrək təbii fəlakət nəticəsində zərəçəkənlərə yardım göstəriblər.

Yaponiyanın 47 qərb bölgəsindən 31-ində daşqınlar və sürüşmələr nəticəsində ən azı 160 yaşayış evi tamamilə məhv olub, təxminən 700 yaşayış evinə ciddi ziyan dəyib. 25 mindən çox müəssisə su altında qalıb. Evlərinə qayıtmaq imkanlarını itirən 6 minə yaxın ailə müvəqqəti çadırlara köçürülüb.

Xatırladaq ki, ötən həftədən davam edən güclü leysan yağışları və "Prapirun" fırtınası Yaponiyanın qərb əyalətlərində ciddi faciələrə səbəb olub. Çaylarda suyun səviyyəsinin qalxması və sürüşmlər səbəbindən çoxsaylı yaşayış evləri dağılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ