Putin-Tramp görüşünün detalları AÇIQLANDI

Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Donald Trampın iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə keçirəcəyi görüşün detalları açıqlanıb.

GunAz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, görüşün detalları “HELSINKİ 2018” sammitinin mobil proqramında dərc edilmiş görüş gününün cədvəlində yer alıb.

Cədvələ görə, Rusiya və ABŞ prezidentlərinin görüşü təxminən üç saat davam edəcək.

“Təkbətək görüş 13.15-də (yerli vaxtla, Bakı vaxtı ilə 14:15-də -red.) başlanacaq”, - cədvəldə deyilir.

Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, sammit Helsinki mərkəzində prezident sarayında keçiriləcək. Uşakov qeyd edib ki, Putin Helsinkiyə iyulun 16-da, Tramp isə daha əvvəl gələcək.

Prezidentinin köməkçisi bildirib ki, görüş tərcüməçilərin iştirakı ilə təkbətək başlanacaq. Daha sonra isə işçi yeməyi formatında Rusiya-ABŞ danışıqları olacaq və nümayəndə heyətlərinin bəzi üzvləri iştirak edəcəklər.

“Sonra isə liderlər birgə mətbuat konfransını keçirəcəklər. Prezidentlərin çıxışları nəzərdə tutulub və sonra liderlər dörd suala cavab verəcəklər. Bu, mətbuat konfransları üçün tipik formatdır”, - Uşakov vurğulayıb.

скачать dle 10.6фильмы бесплатно
[xfvalue_video]